Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqat Qrupunun I iclası keçirilmişdir

  • 05 Noyabr 2014


Noyabrın 5-də innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqat Qrupunun I iclası keçirilmişdir.

 

Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini qeyd etmiş, bu sahədə görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, hazırda sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının və məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər isə ölkənin gələcək iqtisadiyyatının dayanıqlı inkişafını təmin edəcəkdir.

 

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru,  İnnovasiyaların Təşviqat Qrupunun rəhbəri Vilayət Vəliyev çıxış edərək təşviqat qrupunun işinin təşkili haqqında məlumat vermişdir.

 

Tədbirdə yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqat Qrupu haqqında qəbul olunmuş Əsasnamənin, Tədbirlər Planının layihələri müzakirə edilmiş və İnnovasiyaların Təşviqat Qrupunun II iclasının vaxtı müəyyən olunmuşdur.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

56.png
  • 05 Noyabr 2014
  • 1204