Рейтинг@Mail.ru

Doktoranturaya ixtisas fənnindən qəbul imtahan keçirilmişdir

  • 30 Oktyabr 2014


İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda kadr hazırlığının doktorantura pilləsinə ixtisas fənnindən qəbul imtahanı keçirilmişdir. İmtahanda 7 nəfər iştirak etmiş və imtahandan müvəffəqiyyətlə keçmişlər.

 

Doktoranturaya qəbulun qaydalarına əsasən, namizədlər, həmçinin fəlsəfə və xarici dil fənləri üzrə qəbul imtahanlarında iştirak edəcəklər. İmtahanlar mərkəzləşdirilmiş qaydada Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarında keçiriləcəkdir.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına (1 iyul 2010-cu il tarixli 129 nömrəli) əsasən doktoranturaya qəbul haqqında elan “Respublika” qəzetinin 28 avqust 2014-cü il tarixli 185 (5058) nömrəli sayında yayımlanmışdır.

 

1-30 sentybar tarixlərində (1 ay müddətində) sənəd qəbulu həyata keçirilmiş və ümumilikdə beş ixtisas üzrə 8 nəfər sənəd təqdim etmişdir. İmtahandan əvvəl İnstitutun nəzdində yaradılmış Qəbul Komissiyası tərəfindən namizədlərin sənədləri təftiş edilmiş və onlarla müsabihə aparılmışdır. 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



58.png
  • 30 Oktyabr 2014
  • 1241