Рейтинг@Mail.ru

Malayziyada təlim keçirilmişdir

  • 19 Sentyabr 2014


8-15 sentyabr tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində UNESCO-nun dəstəyi, Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzinin (ISTIC) təşkilatçılığı ilə “İnkişaf etməkdə olan ölkələr üçün elm, texnologiya və innovasiya üzrə siyasət və idarəetmə” mövzusunda təlim keçirilmişdir.

 

23 ölkədən 30 nümayəndənin qatıldığı təlimdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Aynurə İsmayılova iştirak etmişdir.

 

Təlimdə milli innovasiya sistemləri, elm, texnologiya və innovasiyanın inkişafının komponentləri və s. mövzularda məruzələr dinlənilmiş, ölkə təqdimatları keçirilmiş, mövzu ərtafında fikir mübadiləsi aparılmışdır.

 

Tədbir çərçivəsində iştirakçılar texnoparklarda olmuşlar.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


59.jpg
  • 19 Sentyabr 2014
  • 1189