Рейтинг@Mail.ru

HÖRMƏTLİ OXUCULAR! Yenilənmiş internet səhifəmizə xoş gəlmişsiniz!

  • 08 İyul 2016


Cari ilin iyul ayından etibarən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ) rəsmi internet səhifəsi yeni versiyada fəaliyyətə başlamışdır.


İnternet səhifəmiz ictimaiyyəti, partnyor və tərəfdaşlarımızı, eləcə də maraqlanan hər kəsi məlumatlandırmaq, onlarla təması saxlamaq üçün əsas əlaqə vasitələrimizdən biridir.


Saytımız müasir texnologiyaların imkanlarından istifadə etməklə (HTML5, CSS3, JavaScript, Jquery, Bootstrap Framework, PHP, MYSQL), veb səhifələr üçün yeni standartları nəzərə almaqla, məqsədyönlü və peşəkar dizayn elementləri əlavə edilərək, hazırlanmışdır.


İstər komyuter, istərsə də mobil texnologiyalar vasitəsilə sayta daxil olduqda yeni platformanı görmüş olacaqsınız.


Təqdim olunan saytda İnstitutumuzun son səkkiz illik dövrünü əhatə edən fəaliyyətlər, xəbərlər, tədqiqatlar, nəşrlər, xarici əməkdaşlıq əlaqələri, kadr potensialının gücləndirilməsi işləri, silsilə tədbirlər, mütəxəssislərin məruzəsi ilə təşkil edlən seminarlar, tarixi anlarla yanaşı, son dövrləri əks etdirən fotolar, müsahibələr, kütləvi-informasiya vasitələrindəki yayımlar və s. öz əksini tapmışdır.


Nəzərə alsaq ki, internet səhifələri inkişafın ayrılmaz və mühüm komponentlərindən biri olamaqla yanaşı, daimi və potensial oxucular, maraqlananlar üçün əsas ünsiyyət vasitəsidir, ümid edirik ki, bu vasitə ilə oxucularımız daima haqqımızda ətraflı məlumat əldə edə edəcəklər!



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

6.jpg
  • 08 İyul 2016
  • 1822