Рейтинг@Mail.ru

“Azərbaycan son 20 ildə” mövzusunda seminar-təqdimat keçirilmişdir

  • 29 Mart 2014


Martın 20-də  Hindistanın Heydərabad şəhərində Xarici Dillər Universitetinin tələbələri üçün İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan son 20 ildə” mövzusunda seminar-təqdimat keçirilmişdir.

 

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Tədris və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılovanın məruzəsi ilə keçirilən seminarda ötən əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də milli-mənəvi dəyərləri barədə məlumat verilmişdir.

 

Seminarda həmçinin, Azərbaycan həqiqətləri – “Xocalı” soyqırımı, “20 Yanvar” faciəsi, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


64.jpg
  • 29 Mart 2014
  • 1672