Рейтинг@Mail.ru

“Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi” mövzusunda təlimə start verilmişdir

  • 21 Aprel 2014


Aprelin 21-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələri üçün “Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi” mövzusunda təlim öz işinə başlamışdır.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, İƏT-in Bakıdakı Tədqiqat Mərkəzinin və  “EcoMod Network” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Əfqanıstan, Pakistan, İran, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Tacikistandan olan nümayəndələr iştirak edirlər.

 

Təlim aprelin 25-dək davam edəcəkdir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


68.jpg
  • 21 Aprel 2014
  • 1393