Рейтинг@Mail.ru

«Estophilus» təqaüd proqramı elan edir!

  • 20 May 2016


Estoniya İnstitutu magistr və fəlsəfə doktoru dərəcəsinə malik xarici ölkələrin vətəndaşlarını Estoniya ilə əlaqəli mövzularda tədqiqat sənədi hazırlamaq məqsədilə qısa müddətli təqaüd proqramında iştiraka dəvət edir.

 

Estoniya Hökuməti tərəfindən maliyyələşdirilən təqaüd proqramı çərçivəsində aylıq təqaüd miqdarı 500 Avrodur.


Maraqlananlar 2 aydan 10 ayadək müddətdə proqramda iştirak etmək məqsədilə aşağıda adları sadalanan sənədləri elektron və poçtla göndərməklə ildə iki dəfə - 1 mart və yaxud 1 oktyabr tarixlərinədək təqdim etməlidirlər:

 

  • «Estophilus» elektron ərizə forması
  • Doldurulmuş ərizə forması (poçt vasitəsilə göndərilməsi üçün)
  • Tədqiqatın planı
  • CV (bioqrafiya)
  • Dərəcəni təsdiq edən sənəd (və yaxud təhsil alırsınızsa, təsdiqləyici sənəd)
  • Estoniya institutnun dəvət (təsdiq) məktubu (A4 ölçüdə maksimum 1 səhifə olmaqla)
  • Təhsil almaqda davam edənlər üçün hazırkı elmi rəhbərin imzası ilə təqdimat.

 

            «Estophilus» 

            Şuranın Katibliyinə

            Estoniya İnstitutu

 

            Ünvan:

            Suur-Karja 14, 10140, Tallinn, Estoniya

            Tel: +3726314355

            Elektron-poçt: katrin.maiste@estinst.ee

            İnternet səhifə: www.ekkm.estinst.ee/sisu/estophilus/?lang=en

 

 

          © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



8.jpg
  • 20 May 2016
  • 1619