Рейтинг@Mail.ru

Doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilmişdir

  • 30 Yanvar 2014


Yanvarın 28-də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilmişdir. İmtahanda 5 ixtisas üzrə 6 nəfər sənədlərini təqdim etmiş, onlardan 4-ü imtahandan müvəffəqiyyətlə keçmişdir. Namizədlər ixtisas fənnindən əvvəl mərkəzləşdirilimiş qaydada Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumlarında fəlsəfə və xarici dil fənləri üzrə qəbul imtahanlarında iştirak etmişlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı ilə təsdiq edilmiş qaydalara əsasən doktoranturaya sənəd qəbulu haqqında elan  “Respublika” qəzetində və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəsmi internet səhifəsində yerləşdirilmiş, 28 noyabr - 25 dekabr tarixlərində sənədlərin qəbulu həyata keçirilmişdir.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


84.jpg
  • 30 Yanvar 2014
  • 1648