Рейтинг@Mail.ru

Regional Planlaşdırma Şurasının 24-cü iclası keçirilmişdir

  • 05 Mart 2014


23-26 fevral tarixlərində İran İslam Respublikasının Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının 24-cü iclası keçirilmişdir. Tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, eləcə də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev iştirak etmişlər.            

 Tədbirdən əvvəl İƏT-in Regional Planlaşdırma Şurasının işçi iclasları keçirilmiş, iclaslarda kənd təsərrüfatı, sənaye və turizm, ticarət və investisiya, nəqliyyat və rabitə, energetika, insan resursları və davamlı inkişaf, beynəlxalq əməkdaşlıq və s. mövzuları üzrə hesabatlar dinlənilmişdir.

 Tədbir çərçivəsində “Layihələr, iqtisadi tədqiqatlar və statistika” mövzusunda keçirilmiş iclasa İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru V.Vəliyev sədrlik etmişdir. İclasda İnstitut tərəfindən təqdim edilmiş layihələrin icrası üzrə görüləcək işlər, İƏT-in Bakıda yaradılmış Tədqiqat Mərkəzinin fəaliyyətinin təşkili məsələləri geniş müzakirə edilmiş, aprel və oktyabr aylarında Bakıda keçiriləcək İƏT-in “İqtisadiyyat” jurnalının 2-ci iclasının və İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci “Bakı Forum-Konfransı”nın İƏT-ə üzv ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyəti vurğulanmışdır.

 İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun yaradılmasının 50 illik yubileyi münasibəti ilə İƏT-ə üzv ölklələrinin İqtisadi Beyin Mərkəzlərinin 2-ci “Bakı Forum-Konfransı” 1-3 oktyabr tarixlərində Bakıda keçiriləcəkdir.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

86.jpg
  • 05 Mart 2014
  • 1757