Рейтинг@Mail.ru

“Sənayedə brendləşmə” mövzusunda seminar keçirilmişdir

  • 12 Mart 2014


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Bununla bağlı Bakıda və regionlarda il ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Sənayedə brendləşmə” mövzusunda seminar keçirilmişdir.

 

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin və tabeliyindəki qurumların, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, Qafqaz Universitetinin nümayəndələri, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantları, eləcə də sahibkarlar iştirak etmişlər.

 

Seminarda çıxış edən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkədə sənayenin inkişaf etdirilməsinin Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirmiş, dövlət başçısının Sərəncamı ilə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunmasının sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsinə təkan verəcəyini qeyd etmişdir. Bildirilmişdir ki, “Sənaye ili” çərçivəsində İnstitut tərəfindən də  müxtəlif tədbirlər həyata keçiriləcək və belə tədbirlər davamlı olacaqdır.  V.Vəliyev həmçinin, bu cür seminarların təşkil edilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır.

 

Sonra Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin Texnoparklar bölməsinin vitse-prezidenti Ufuk Batum “Yeni meqa tendensiyalar: gələcək biznesdə, mədəniyyətlərdə və insanların şəxsi həyatında makrodan mikroya doğru imkanlar” mövzusunda təqdimatla çıxış etmişdir.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


87.jpg
  • 12 Mart 2014
  • 1671