Рейтинг@Mail.ru

"Makroiqtisadi proqnozlaşdırma" mövzusunda təlim keçirilmişdir

  • 15 Sentyabr 2014


1-12 sentyabr tarixlərində Avstriyanın Vyana şəhərində Beynəlxalq Maliyyə Fondu və Birləşmiş Vyana İnstitutunun birgə təşkilatçılığı ilə "Makroiqtisadi proqnozlaşdırma" mövzusunda təlim keçirilmişdir.

 

Tədbirə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Avstriya, Polşa, Rumıniya və Macarıstandan 30-dan çox mütəxəssis qatılmışdır. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Mətanət Rəsulova da təlimdə iştirak etmişdir.

 

Təlimdə Beynəlxalq Valyuta Fondunun Potensialın İnkişafı İnstitutunun iqtisadçısı Cianni de Nikolanın, Birləşmiş Vyana İnstitutunun əməkdaşları Mixail Pranoviçin və Maksim İvanynanın klassik xətti reqressiya modeli və onun modifikasiyası, zaman sıralarının stasionarlığının yoxlanılması, ARIMA, VAR və VECM, ARCH modellərinin praktikada tətbiqi, modellərin müqayisəsi və s. mövzularda məruzələri dinlənilmiş, iştirakçıların təqdimatları keçirilmişdir.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

 

 

© İstifadə zamanı www.ier.az saytina istinad zəruridir.


88.jpg
  • 15 Sentyabr 2014
  • 1606