Рейтинг@Mail.ru

“İqtisadi modelləşdirmə: 2014” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

  • 25 İyul 2014


16-18 iyul tarixlərində “EcoMod Network” Şirkəti və İndoneziyanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Denbassar şəhərində “İqtisadi modelləşdirmə: 2014” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə 40-a yaxın ölkənin dövlət və özəl qurumlarından, elmi-tədqiqat mərkəzlərindən, maliyyə təşkilatlarından və universitetlərindən olan 200-ə yaxın nümayəndə iştirak etmişdir.

 

3 gün davam etmiş konfransda iqtisadi artım, monetar siyasət, regional və makroekonometrik modelləşdirmə, ticarət, enerji və ətraf mühit və s. kimi mövzularda müzakirələr aparılmışdır. Tədbirdə həmçinin, İndoneziya, Macarıstan, Küveyt, Portuqaliya və Hindistanın elmi-tədqiqat mərkəzlərində modelləşdirmə təcrübələri barədə məlumat verilmiş, kənd təsərrüfatı, sənaye, sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

 

Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Qeyri-səlis şəraitdə investisiya layihələrinin qiymətləndirilməsi prosesinin modelləşdirilməsi”, İnstitutun əməkdaşı Malik Mehdiyev isə “Azərbaycan-2020: İnkişaf Konsepsiyası” ölkəmizdə sosial-iqtisadi inkişafın əsas göstəriciləri” mövzularında təqdimatlarla çıxış etmişlər.

 

Tədbirdə həmçinin, 1-3 oktyabr tarixlərində Bakıda “Enerji, regional inteqrasiya, sosial-iqtisadi inkişaf” mövzusunda keçiriləcək 2-ci Bakı Forum-Konfransında iştirak etmək üçün məqalələrin təqdim edilməsinə dair elan iştirakçıların diqqətinə çatdırılmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


89.jpg
  • 25 İyul 2014
  • 1229