Рейтинг@Mail.ru

Texnoparkların fəaliyyətində Türkiyə təcrübəsi öyrənilir

  • 17 Sentyabr 2014


Texnoparkların fəaliyyətində beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə 8-12 sentyabr tarixlərində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları Statistika və analitik təhlil şöbəsinin müdiri Arzu Hüseynova və Sahibkarlıq və regional inkişaf problemləri şöbəsinin müdiri vəzifəsinin icraçısı Nərminə İsmayılova Türkiyənin Ankara şəhərində səfərdə olmuşlar.

 

Səfər çərçivəsində İnstitutun əməkdaşları Orta Doğu (Şərq) Texniki Universitetinin nəzdində ODTÜ Texnoparkında, ODTÜ-OSTİM Texnoparkında, OSTİM nəzdində Sənaye Bölgəsində,  Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatında (TÜBİTAK), Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstək İdarəsində (KOSGEB), Ankara İnkişaf Agentliyində, eləcə də bir sıra sənaye müəssisələrində və şirkətlərdə olmuşlar.

 

Qeyd edək ki, görülən işlər İnstitutun iş planına müvafiq olaraq, “Azərbaycanda beynəlxalq təcrübə əsasında texnoloji innovasiya məqsədli texnopark və aqroparkların yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması” mövzusunda tədqiqat işi çərçivəsində həyata keçirilir.

 


© İstifadə zamanı www.ier.az saytina istinad zəruridir.


90.jpg
  • 17 Sentyabr 2014
  • 1210